четверг, 10 июля 2014 г.
воскресенье, 9 февраля 2014 г.
Qavaldaş. Qobustanda maraq doğuran qədim abidələrdən biri qədim musiqi
aləti-Qavaldaşdır. İshaq müəllimin əsərlərində onun adı «Qavalçalan daş» deyə çəkilir. Bu təsadüfi deyil, çünki həmin abidə yerli maldarlara ata-babadan bu ad
altında məlum olmuş və yaddaşlardan silinməmişdir. Daşdan bu cür qədim musiqi aləti Qobustanda iki ədəddir. Bunlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir. O Cingirdağ - Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınmışdır (12-ci
tablo, şəkil B). İkinci Qavaldaş Böyükdaş dağının şimal-şərq ətəyində yastı və nəhəng qaya parçasıdır. O bir (qərb) yanını torpaq örtmüş sal qayanın üstündədir. Qavaldaşın şimal ucu 50 sm-dən çox yuxarı qaldırılıb və daşın ortasına yaxın yerdə
altına balaca bir daş atılmışdır. Beləliklə, Qavaldaşın cənub ucu altına atılmış daşın
üstündə olmaqla bütövlükdə havada qalmışdır. Cingirdağdakı birinci Qavaldaş ortada 70 sm qalınlığında, şərq tərəfdə getdikcə nazikləşən (uzunluğu 270, eni 200 sm) yastı qaya parçasıdır. Bu qaya parçası iki ədəd nisbətən kiçik daşın üstünə qoyulub, onlar isə öz növbəsində üstü
şərqə tərəf maili nəhəng qaya üzərində yerləşdirilib. Qavaldaşların hər biri görkəmcə ətrafda olln minlərlə qaya parçalarından o qədər də fərqlənmir. Nə çox ətrafda yastı iri və xırda ölçülü daş və qaya parçası. Bəs niyə yalnız bunlar, göstərilən iki daş musiqi aləti sayılır? Bunun səbəbi həmin
daşların müxtəlif sahələrinə xırda daşlarla zərbə endirməklə alınan müxtəlif tonlu, metal cingiltili səslərdir. Bəli, bu daşlarda zərb alətlərində ifa edilən musiqi nömrələrini səsləndirmək mümkündür.
Qobustan Tarixi-Bədii Qoruğu müasir dövrdə. Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun tikilən muzey və inzibati bina kompleksinin ümumi sahəsi 2 min 460 kvadratmetrdir. Muzeyin girişində petroqliflərin qonaqlara təqdim edilməsi üçün şərait yaradılmışdır. Burada rəsmlərin həlqəvari zolaqlar şəklində düzülməsi canlı rəqsin hərəkətlərini təcəssüm etdirir. Muzeydəki məlumat mərkəzində qonaqlar sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər. Müasir innovativ texnologiya ilə təchiz olunmuş muzeydə xüsusi mulltimedia proqramları ilə hazırlanmış sensor ekranları, maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D video və s. turistlərin ixtiyarına veriləcəkdir.
Qeyd edildi ki, muzeydə, qoruq əməkdaşları üçün 15 xidməti otaq yaradılmışdır. Kitabxana ilə yanaşı, burada fotolaboratoriya, elmi-tədqiqat şöbəsi də fəaliyyət göstərir.
Bildirildi ki, muzeyin sərgi zalı müxtəlif bölmələrdən təşkil olunmuşdur. “Qobustan: UNESCO-nun ümumdünya mədəni irsi” zalında dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks olunmuşdur. “Qobustanın təbii mühiti” zalında isə turistlər özlərini real landşafta uyğunlaşdırılan texnogen illüstrasiyalı mühitdə hiss edəcəklər. Sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumatlar almaq mümkündür. Muzeyin “Qobustanda arxeoloji kəşf“ zalında petroqliflərin aşkar edilməsi və öyrənilməsi, qazıntıların aparılması prosesləri əks olunmuşdur. Burada insan sümükləri, arxeoloji təbəqələrdən tapılan daşlar, saxsı qablar və digər eksponatlar maraq doğurur. “Zamana səyahət” zalı isə tarixin müxtəlif dövrlərində Qobustandakı həyatı əks etdirir. Burada turistlər ilkin dövrdən başlayaraq Qobustanda gedən təbii dəyişikliklərin miqyasını, dünyada yaşanan insan köçünün coğrafiyasını seyr edə bilərlər. “Qədim dövr insanlarının həyatı” zalında daş əmək alətlərinin hazırlanması və onların funksiyaları barədə məlumatlar əks olunmuşdur. 3D ölçülü daş əşyanın nümayişi, paleolit, mezolit və neolit dövrlərinə aid alətlər və onların hazırlanma üsulu 3 stenddə təqdim olunur. “Qədim dövr incəsənəti” zalı ibtidai insanların gözəllik anlayışını və bədii təxəyyülünü nümayiş etdirir. “Əsrlərdən gələn petroqliflər” zalı sayı 6 mindən çox olan ornamentləri, qayaüstü incəsənətin təkamülünü öyrənməyə imkan verir. “Petroqliflərin mənası” və “Qobustanın qədim dövr rəssamları” zallarında Qobustan qayaüstü rəsmlərinin mənası, “Heyvanlar və ovçular”, “Qobustan qayaüstü incəsənəti mədəni landşaftı” zallarında isə qədim heyvan sümüklərinin qalıqları, o dövrün insanlarının ən çox ovladıqları heyvanlar haqqında məlumatlar verilir. Qoruq ərazisində 3D formatlı video ilə virtual uçuş da həyata keçirmək mümkündür.
Məlumat verildi ki, muzeydə 3D formatında 45 tamaşaçı üçün kinozal da yaradılmışdır. Zal 7 səsgücləndirici, monitor və proyektorla təchiz edilmişdir. İclas zalında müxtəlif konfransların, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılmışdır.
Qobustana səyahət
| Yol xatirələrim |
Yol. Təsəvvür edək ki, Bakıda avtobusa oturub Qobustana yola düşürük.
Məqsədimiz yol boyu vətənimizin daşı-torpağı, ab-havası və sözsüz ki, tarixi
yerlərilə də tanış olmaqdır.
Budur, Bibiheybət məscidi bünövrəsinin yanından keçib sıx burnunu
dolanır. Şıx çimərliyinə çıxırıq. Maşınımızı saxlayıb çimərliyin şərq tərəfindəki, dənizə tərəf uzanmış, yarıya qədər dalğalar örtmüş kiçik daş təpəyə yaxınlaşırıq. Onun qərbə baxan üzündə eni 4, uzunu 10 metrə qədər sahədə, qaya üzərində qazılmış böyük bir balıqçılıq səhnəsinə tamaşa edirik. Burada üç balıqçı yönü bir tərəfə (quruya tərəf) olmaqla hər üçünün çiynindən keçən ipi çəkir. Şəkildəki balıqçılar elə dinamik təsvir edilmişlər ki, elə bil ipi çəkmək üçün etdikləri gücdən yorulub əldən düşmüşlər. Arxadakı balıqçının ayağı yanında şəbəkəli naxış qalığı, söz yox ki, balıq torunun hissəsidir. Ətrafda isə 10-a qədər real balıq təsviri vardır. Onların mütənasib ölçüdə, üzərlərində pulları, üzgəcləri, suya baş vurarkən bədənləri ilə quyruğu arasında əmələ gələn əyinti elə dinamik və realdır ki, adam ustasına (rəssamına) heyran qalır. Hər balıqçının başı üstündə isə uçuş vəziyyətində bir qağayı təsvir edilmişdir.
Bu səhnənin yaranma dövrü ilk orta əsrlərə aiddir. Şəkillər, xüsusən balıqçı kişilər ölçücə heç bir qayaüstü təsvirlər kolleksiyasında olmayan qədər iri (hündürlükləri 4 m-ə yaxın), lakin çox real və mütənasibdirlər. Xətlərinin eni 5,
dərinliyi 2-3 sm-ə çatır. Bu səhnə, görünür, qədim Bakıda şəhərin təminatı üçün balıqçılıq təsərrüfatının mühüm yer tutması ilə əlaqədardır. Buradakı şəkillər tək ölçüsü ilə deyil, çəkilmə texnikası, reallıq dərəcəsi və mövzusu ilə də Qobustanın qədim qayaüstü təsvirlərindən fərqlənirlər.

ölkələrdə də tanıtdıran onun qədim qayaüstü təsvirləri və qədim qobustanlıların məskənləri olmuş arxeoloji abidələrdir. Qobustanda aparılmış arxeoloji qazıntılar göstərir ki, Qobustan qayaları arasında orta Daş dövrünün əvvəllərindən başlayan həyat min illər boyu qaynamış, onların bizə miras qoyduqları qədim qayaüstü təsvirlər və qədim insan düşərgələrindən tapılmış maddi qalıqlar (daş alətlər, təsərrüfat və məişət əşyaları, gil qablar, bəzək şeyləri və s.) tariximizin 10 min ilindən çox dövrünü araşdırmaq üçün yazısız, dilsiz arxivə, kitabxanaya
çevrilmişdir. Oxucum, gəlin Qobustan abidələri, onların dövrü yaşı, yaranma səbəbi və məqsədi, qədim qobustanlıların təsəvvüründə həyatın əhəmiyyəti və s. haqda söhbət açmazdan əvvəl Qobustanın keçmişinə səyahət edək. Bu səfərdə icazə verin mən bələdçilik edim, bu səfərdə sizin nümayəndəniz kimi ulu baba və nənələrimizi dindirim, onların keçmişdə necə həyat keçirmələri, məşğuliyyətləri və s. haqda söhbətlərinə birgə qulaq asaq. Tunc dövrünün axırlarından başlayaraq Qobustanda təbiət dəyişməyə, iqlim qurulaşmağa, Xəzər dənizi vaxtaşırı (elə əsrimizin əvvəlində də) olduğu kimi çəkilib uzaqlaşmağa başlayır. Artıq indiki Qaradağ-Ələt arasında qədim Qobustan qayıqları üçün dəniz limanları yararsızlaşır. Beləliklə, həyat yavaş-yavaş Qobustandan Bakı buxtasına, Abşeron yarımadasına üz tutur. Nəticədə ticarətin inkişafı, Bakı limanında yaşayış məskənlərinin get-gedə böyüyüb-birləşib şəhərə çevrilməsi ilə nəticələnir. İqlimin quraqlaşması, dənizin çəkilməsi ilə quruya çevrilmiş Xəzəryanı torpaqların şoranlığı yerli qəbilələrin əkinçi-maldar təsərrüfatının inkişafına əngəl törətdikcə, vaxtilə yardımçı təsərrüfat olmuş balıqçılıq yeni vüsət alır, Çox güman ki, Şıx çimərliyindəki balıqçılıq səhnəsi də o dövr və ondan sonrakı zamanlarda Qobustan adət-ənənəsinin saxlanması
təcəssümüdür.
Biz avtobusa qayıdıb yola davam edirik. Budur, qayalar zümzümə edir. Qayalar arasından qalxan cəngisayaq yallıhavası sel kimi axır, qavaldaşla çalınır, burada isə bir dəstə boylu-buxunlu cavan kişi əl-ələ tutub yallı oynayır. Bu yanda isə iri, vəhşi öküzlər durmuşlar. Onların bəzisi bizi görüb nərə çəkməyə, qabaq ayaqları ilə torpağı qazmağa hazırlaşır, bəziləri isə dayanıb gövşəyir. O tərəfdə bir it vəhşi qabanı qovur. Bu tərəfdəkilər gurlardır. Onlar ürkək-ürkək bizə baxırlar. O biri yanda vəhşi at ilxısı
otlayır. Atlar sahibsizdir, ilxıçısı yoxdu. Onları vəhşi ayğır otarır. Bu yandakı atlar hürküb fınxırdılar. Onlara nə oldu? Biz ki onlara toxunmadıq? Yox, onlar bizdən yox, ilxının içindəki yay-oxlu adamlardan hürkmüşlər. Onlar ovçulardır, atları ovlamağa gəliblər. Bu yanda, sol tərəfdəki qayada isə öküzləri ovlayırlar. Ovçular öküzləri qayanın uçurumuna sıxışdırmışlar, onlara ox atırlar. Qabaqdakı öküz isə çıxılmaz vəziyyətdədir, buynuzlarını irəli verib adamlara hücum edir. Bəs bu nədir? Əlində qalxan tutmuş bir nəfər nizəni başqa birinin sinəsinə yönəldib. O isə yazıq-yazıq əllərini qaldırıb təslim olur. Bu ki Tunc dövrünün adamıdır. O yandakı başı dəbilqəli atlı isə orta əsr cəngavəridir. Sağ əlində toppuz tutub, sol əli ilə atın yüyənini dartır. Qayalardakı keçilərə bax, birbirindən
gözəl, iri, kök və mehriban keçilər. Elə qatarlanıblar ki, elə bil «yallı» tutublar. Görünür şifahi xalq ədəbiyyatında belə bir bayatı boş yerə deyilməyib:
Anam a xallı keçi,
Məməsi ballı keçi.
Uca qaya başında
Tutubdur yallı keçi.
Söhbətimə diqqətlə qulaq asan Ulu nənə söhbətim üçün razılıq edib dedi:
- Nəvələrim, insan kimliyini bilməli, özünü dərk etməlidir. Heç bir
kəlmənin özünü yerli, yerlinin özünü kəlmə kimi qələmə verməsi Allaha da xoş getməz. Düzdür, indi elələri də belələri də var. Lakin ataların bir kəlamını yaddan çıxarmaq olmaz: «Əsil-nəslini danan haramzadədir». Adam gərək mənliyini, qürurunu itirməsin. İndi sizlərdə bir adət düşüb, deyirsiniz mənim hansı mahaldan, vilayətdən, şəhərdən, kənddən olmağımı soruşma, bilirsən ki, azərbaycanlıyam, kifayətdir.
Qobustanı dünyaya tanıtdıran ilk növbədə onun qədim qayaüstü təsvirləridir. Qobustanda qayaüstü təsvirlərin yaranma tarixi üst Paleolit dövrünün orta Daş (Mezolit) dövrünə keçid mərhələsindən, 12-15 min il bundan əvvəldən başlayıb orta əsrlərə, islamın yayılması dövrünə kimi davam edir. İslamın canlı aləmin yaradıcısı Allahdır, dünyanı, da o yaratmışdır, ondan başqa heç kəs canlı yaratmaq iqtidarında deyil‖ müddəaları insanı və bütün canlıları təsvir etməli də qadağan edirdi. Bu səbəbdən də artıq orta əsrlərdən Qobustan qayalarında təsvirlər getdikcə azalır, reallığını itirir. Lakin bundan sonra da yəni orta əsrlərin özündə, hətta son əsrlərə aid bəzi təsvir, işarə, damğa və simvollara rast gəlmək olur. Əlbəttə, on min illərlə yerli xalqın mədəni vərdişinə çevrilmiş mədəniyyət izlərini onun ruhu və qanından çıxarmaq, minillərin keçməsini, neçə-neçə nəsillərin dəyişməsini tələb edir.
Qobustanın qədim qayaüstü təsvirlər kolleksiyasının Böyükdaş, Kiçikdaş, Cingirdağ- Yazılıtəpə, Şonqar və Şıxqaya dağları sahəsində aşkar edilib qeydə alınmış abidələrinin ümumi sayı 6 mindən çoxdur. Buraya insan və heyvan
təsvirləri, quş, balıq, hətta ilan və kərtənkələ kimi sürünənlər, böy, əqrəb kimi həşarət şəkilləri daxildir. Qayalarda çoxlu qayıq, balıq, tutmaq üçün tor şəkilləri, işarə və damğalar, latın və ərəb qrafikası ilə yazı qalıqları da saxlanmışdır.
Müxtəlif tarixi dövrlərdə yaranmış, qədim qobustanlıların keçmiş həyatını
əks etdirən abidələrin saxlandığı bu kiçik ərazi əslində təbii arxeoloji rayon, açıq səma altında muzeydir.
Qobustanı qorumaq, onun qeydinə qalmaq, abidələrini daha dərindən
öyrənmək, ərazisini abadlaşdırmaq, özünü xalqımızın müqəddəs pirinə çevirmək lazımdır. Beləcə bizim səyahətimiz sona çatdı.
Qobustan
Qobustan Şərqi Azərbaycanda coğrafi rayondur. Böyük Qafqaz dağlarının
cənub-şərq ətəkləri ilə Xəzər dənizi arasındakı qobu və yarğanlara malik geniş
ərazi Qobustan (qobular diyarı) adlanır.
Qobustan sözünün mənasını müxtəlif cür yozanlar var. Bəziləri Qobustan
sözünün dil oynaqlığı nəticəsində qor (od), kov, kav (öküz) və ya kəbr (atəşpərəst
mənasında), kavır (kafir) sözlərindən əmələ gəldiyini göstərirlər. Onlardan birincisi
Qobustanı odun "(günəşin) çıxdığı yer mənasında (sonrakılar Kovıstan, Kavıstan,
sonra isə Qabıstan, Qəbristan sözlərindən yarandığını iddia edirlər. Hətta
yadımdadır, Qobustan qoruğunun qarovulçusu, o vaxt 82 yaşı olan Şıxlar kənd
sakini Əliağa kişi (Allah ona rəhmət eləsin) deyərdi: «Buraya ona görə Qobustan
deyilir ki, burada qış olmur və qar yağsa bostan olur, Qobustan - qar bostan
sözündəndir».
Əlbəttə, fikir söyləmək, söz demək xatirinə hər bir sözü hecalara bölüb,
hecalara uyğun sözlərlə eyniləşdirmək, onu istənilən formada yozmaq olar. Lakin
məncə dilimizdə olan söz üçün məna axtarmaq lazım deyil. Azərbaycan dilinin
izahlı lüğətində oxuyuruq «Qobustan qobu və stan (yer), yəni qobuluq, qobular olan yer deməkdir "

| Qobustan adı haradan arandı? |
Подписаться на:
Сообщения (Atom)